Filialımızın ingilis dili müəllimləri üçün təlim keçirilib

Çap



Filialımızın ingilis dili müəllimləri üçün təlim keçirilib10-14 iyun 2019-cu il tarixlərində ADPU-nun Şəki filialında ingilis dili müəllimləri üçün təlim keçirilib. Təlim Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ Səfiriliyinin birgə bağladığı memorandum əsasında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi (English language Spesialist)” təqaüd proqramı xətti ilə mütəxəssis Mary Diane Whaleyin rəhbərliyi altında həyata keçirilib.
Təlimin ilk günü - açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru riy.ü.e.d. dos. Rafiq Rasulov və ADPU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə iştirak ediblər. Təlimdə müəllimlər kommunikativ metoddan istifadə etməklə dinləmə, danışıq, oxu və yazı bacarıqlarının öyrədilməsi istiqamətində təlimatlandırılıb.
Təlim iyunun 14-də başa çatıb. Bağlanış mərasimində ADPU-nun Şəki filialının direktoru riy.e.d. dos. Rafiq Rasulov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, ABŞ səfirliyinin nümayəndələri Ramina Mürşüdova və Aydan Əsgərova iştirak ediblər.
Təlimdə 18 nəfər ingilis dili müəllimi iştirak edib və onlar sonda sertifikatlarla təltif olunublar.
Filialımızın ingilis dili müəllimləri üçün təlim keçirilibFilialımızın ingilis dili müəllimləri üçün təlim keçirilibFilialımızın ingilis dili müəllimləri üçün təlim keçirilibFilialımızın ingilis dili müəllimləri üçün təlim keçirilibFilialımızın ingilis dili müəllimləri üçün təlim keçirilibFilialımızın ingilis dili müəllimləri üçün təlim keçirilib