18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 24 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan və ADPU-nun Pektorluğunun tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqları Şura üzvlərinin və iclas iştirakçılarının diqqətinə çatdırdıqdan sonra Elmi Şuranın müzakirəyə çıxaracağı iclas gündəliyi ilə iştirakçıları tanış edib.
İclasın gündəliyində duran “Filialın kafedraları üzrə fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti” və “Filialda tədris olunan fənlər üzrə proqram və elmi-metodik təminatın vəziyyəti” haqqında Elmi Şuraya məlumatı filialın tədris işləri üzrə direktor müavini dosent G.A.Abdullayeva, “Filialda kafedralar üzrə elmi seminarların planlaşdırılması və təşkili vəziyyəti” haqqında filialın elmi işləri üzrə direktor müavini dosent N.Z. Çələbiyev və “Pedaqoji fakültə dekanlığında 2022-2023-cü tədris ili üçün planlaşma işlərinin və tədris prosesinin təşkili vəziyyəti” haqqında filialın Pedaqoji fükültəsinin dekanı, fil.ü.f.d., b.m.X.F.Abdullayeva Elmi Şuraya məlumat veriblər. Filialın kafedra müdirləri mövcud tədris sənədlərinin, fənn proqramının real vəziyyəti ilə bağlı Elmi Şuraya hesabat veriblər.
Sonda iclasın cari məsələləri müzakirəyə çıxarılmış, filialın “Dillər və onların tədrisi texnologiyaları” və “Humanitar fənlər” kafedralarının əməkdaşlarının tərtib etdikləri fənn proqramları müzakirəyə çıxarılaraq müzakirə və təsdiq üçün ADPU-nun Tədris-Metodik Şurasına göndərilməsi qərarlaşdırılmışdır. Elmi Şura həmçinin filialın “Ümumelmi fənlər” kafedrasının müəllimi Sevil İbrahimovanın pedaqoji iş təcrübəsini və elmi fəaliyyətini nəzərə alaraq onun baş müəllim vəzufəsinə keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Elmi Şura iclası işgüzar şəraitdə başa çatmış, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.





001002003
fondeduadpubir

VKkj