ADPU Şəki filialı

Əlaqə vasitələri

15 oktyabr 2021-ci il tarixdə ADPU-nun Şəki filialında 2021-2022-ci tədris ilinin ilk Elmi Şurası keçirilib. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl iclasda ötən tədris ili dövründə dünyasını dəyişmiş 4 nəfər filial əməkdaşının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi Şuranın sədri, filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov 07 oktyabr 2021-ci il tarixdə ADPU-da keçirilmiş Elmi Şura iclasında müzakirə olunan məsələlər və qəbul edilən qərarlar haqqında məlumat verib, daha sonra filialın cari Şura iclasının gündəliyinə çıxarılan məsələlərlə Şura üzvlərini və iştiraçıları tanış edib.
Gündəlikdəki birinci məsələ haqqında çıxış edən elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev filialın və Elmi Şuranın 2021-2022-ci tədris ili üçün illik iş planlarını müzakirəyə təqdim edib. O, qeyd edib ki, cari tədris ili üçün filialın illik iş planı 8 bölmə üzrə 134 məsələni, Elmi Şuranın iş planı isə 45 məsələni əhatə edir. İş planları müzakirə olunaraq təsdiq edilib.
Gündəlikdəki ikinci məsələ - “2021-2022-ci tədris ili üçün filiala tələbə qəbulunun yekunları və xüsusi karatin rejimi şəraitində tədris, təlim və tərbiyə prosesinin təşkili qaydaları haqqında” filailın direktoru, dosent Rafiq Rasulov və tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva geniş məlumat veriblər. Elmi Şura iclası müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edib.
Gündəlikdəki üçüncü məsələ- “Filialın struktur bölmələrinin illik iş planlarının müzakirəsi haqqında” çıxış edən elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qeyd edib ki, hazırda filialda 14 struktur bölmə fəaliyyət göstərir. Onların hər biri yeni tədris ili ilə əlaqədar illik 1ş planları hazırlayıb təqdim etmişlər. İş planları struktur bölmələrin fəaliyyət strategiyalarına uyğun hazırlanıb. İclasda struktur bölmələrin iş planları müzakirə və təsdiq ediblər.
ADPU-nun 100, filialın 30 illik yubileylərinə hazırlıq barədə məlumat verən Elmi Şura sədri Rafiq Rasulov qeyd edib ki, ötən tədris ilinin II yarısında yubileylərlə bağlı 12 maddədən ibarət tədbirlər planı hazırlanmış və bir çox işlər görülmüşdür. Bunlardan biri də filialın 30 illik yubileyi ilə bağlı 2 kitabın yazılaraq nəşrə hazırlanmasıdır.
Cari məsələlər barədə filailın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev çıxış edib və Elmi Şura iclası müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul edib.