Print 

Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə birinci tədris ili tələbələrinin akademik fəaliyyətinin dəstəklənməsi məqsədilə “Öyrənmə vərdişləri və akademik uğur” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrə sağlam öyrənmə vərdişlərinin formalaşmasına, özünütəhsil bacarıqlarının inkişafına və universitet həyatına uğurlu adaptasiyaya dəstək olmaq olub. Seminar zamanı “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Fatimə Mustafazadənin təqdimatında tələbələrə effektiv öyrənmə strategiyaları, vaxtın idarə edilməsi, motivasiyanın qorunması və akademik mühitə uyğunlaşma kimi məsələlərlə bağlı praktik biliklər verilib. Mövzu maraqlı fikir mübadiləsinə, müzakirələrə səbəb olub. Sonda GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova təqdimatçı tələbəyə elmi faktlara əsaslanan araşdırmaların əks olunduğu maarifləndirici seminar təşkil etdiyinə görə öz minnətdarlığını bildirib.