Print 

Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d.Vüsal Baxışov və istehsalat təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhərində fəaliyyət göstərən 17 və 22 saylı uşaq bağçalarında olublar. Burada pedaqoji internatura keçən “Məktəbəqədər təhsil” ixtisasının IV tədris ili tələbələri, uşaq baxçalarının rəhbərliyi və tərbiyəçilər ilə görüşüblər. Görüş zamanı tələbələrə yaradılmış şəraitə görə uşaq bağçalarının rəhbərliyinə təşəkkür edilib, onlardan xahiş edilib ki, tələbələrə təkcə pedaqoji fəaliyyət deyil, eyni zamanda məktəbəqədər təhsil müəssisəsi idarəçiliyi, vərdiş və bacarıqları da öyrədilsin.
Daha sonra pedaqoji internaturanın gedişi ilə yaxından tanış olunub, qarşıya qoyulan vəzifələr bir daha nəzərə çatdırılıb. Meydana çıxan çatışmazlıqlar müzakirə edilərək, onların həlli yollarına aydınlıq gətirilib.