ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər.“Yeniyetmələrdə həmyaşıdlarına qarşı emosional, fiziki zorakılıq halları və onunla mübarizə yolları” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi İlknur Məhərrəmovanın təqdimatında son dövrlərdə aktual olan zorakılıq halları, zorakılığa məruz qalmış yeniyetmələrdə özünü göstərən psixoloji problemlərlə bağlı məsələlər izah olunub, eyni zamanda zorakılıqla mübarizə yolları haqqında məlumat verilib. Sonra mövzu ilə bağlı müzakirə aparılıb. Seminar iştirakçıları öz şəxsi təcrübələrindən, ətrafda müşahidə etdikləri zorakılıq hallarından danışıb və mövzu ilə bağlı ilə öz fikirlərini bölüşüblər. Seminarın sonunda GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova çıxış edərək mövzuya və söylənilən fikirlərə öz münasibətini bildirib, məruzəçiyə və seminarda iştirak edən tələbələrə təşəkkür edib.