Print 

ABUBƏKİROV ARAZ MƏMMƏD OĞLU
Xidmət şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1979- cu ildə Şəki şəhərində anadan olub.
1985-ci ildə Şəki 9 saylı orta məktəbdə təhsil almışdır.
1996-cı ildə Bakı Asiya Universitetinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.
2000-2001-ci illərdə Hərbi xidmətdə olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

2001-ci ildə Azəraqrartikinti ASC-nin Şəki ixtisasquraşdırma filialında işləmiş
2008-ci ildən 2020-ci ilədək Azəraqrartikinti filialında rəis müavini işləmişdir.
2020-ci ildən ADPU-nin Şəki filialında xidmət şöbəsinin müdiri .

XİDMƏT ŞÖBƏSİ

Xidmət şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının struktur bölmələrindən biridir.Şöbəyə direktor tərəfindən təyin olunmuş şöbə müdiri rəhbərlik edir.Şöbə müdiri tərəfindən iş planı tərtib edilir və direktor tərəfindən təsdiq olunur.Xidmət şöbəsi inventar və avadanlıqların alınması üşün filialın ehtiyacını öyrənir,müəyyən olunmuş qaydada avadanlıqların,mal materialların verilməsini təşkil edir.
Yanğından mühafizə ,sanitar-texniki və əməyin mühafizəsi qaydalarına,texniki istismar normalarına uyğun olaraq filialın inzibati binasından lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati və texniki tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.Filialın inzibati binasının həyətində və ətrafında təmizlik və abadlıq işlərini təşkil edir.
“Mülki Müdafiə” haqqında Azərbaycan Respublikası qanunu ilə və “Mülki Müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin qanuni müdafiə tələblərinə uyğun olaraq filialın işçilərinə sülh və müharibə dövründəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi məqsədilə MM üzrə hazırlıq işlərini planlaşdırır və konkret olaraq bu məqsədlə müvafiq tədbir və sənədlərin hazırlığını təmin edir. Xidmət şöbəsində 30 işçi var.