Print 

QISA BİOQRAFİK MƏLUMAT

Ramazanova Kəmalə Şaban qızı, 1986-cı ildə Şəki şəhərində anadan olub. 1994-2004-cü illərdə Şəki şəhər. Nizami Gəncəvi adına 7 saylı orta məktəbində, 2005-2009-ci illərdə ADPU-da psixologiya üzrə bakalavr, 2009-2011-ci illərdə ADPU-da Pedaqoji psixologiya üzrə magistr təhsili alıb. 2011-ci ildə AMİ-nin Şəki filialında psixologiya müəllimi vəzifəsində çalışmağa başlamış, 2018-ci ildən başlayaraq baş müəllim olaraq fəaliyyətini davam etdirmişdir. Ailəlidir. Övladı yoxdur.

TƏHSİLİ, ELMİ DƏRƏRƏCƏSİ, ELMİ ADI

2005-2009-cu il. Azərbaycan Dövlət Pedaqoji Universiteti Psixologiya üzrə bakalavr.
2009-2011-ci il. Azərbaycan Dövlət Pedaqoji Universiteti Psixologiya üzrə magistr.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ildə AMİ-nin Şəki filialında müəllim
2018-ci ildə ADPU-nun Şəki filialında baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

Psixologiya, Uşaq psixologiyası, İnkişaf və yaş psixologiyası, Psixodiaqnostika və psixokonsultasiya, Psixokorreksiya, Məktəbəqədər yaşlı uşaqların estetik-yaradıcı inkişafı.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Məktəbəqədər yaş dövründə uşaq təfəkkürünün inkişaf problemi //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş XV ənənəvi tələbə elmi konfransının materialları, 2010, Bakı Qərb Unuversiteti, səh. 223-224.
2.Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin ilkin təzahürü //XXI əsr-Mülahizələr və Düşüncələr. Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransının materialları, 2011, Bakı Dillər Universiteti, səh. 195-197.
3.Oyun uşaqların inkişafında mühüm vasitə kimi //Magistrların Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyinə həsr olunmuş VI elmi konfransının materialları, 2011, ADPU, səh. 830-831.
4.Yeniyetmələrdə aqressiv davranışın təzahür xüsusiyyətləri //Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı, 2012, Azərbaycan Müəllimlər İnstitutu, səh. 313-316.
5.Təhsil sistemində rəhbərliklə müəllimlər arasında ünsiyyətin qurulmasında metaproqramların nəzərə alınması. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, № 4, Bakı Slavyan Universiteti, 2017, səh 284- 286.
6.Zorakılığa məruz qalmış uşaqların psixoloji xüsusiyyətləri //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı, 28-29 aprel 2018, Bakı Mühəndislik Universiteti, səh. 1485-1489.
7.Pedaqoji ustalığın nəzəri məsələləri //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı, 28-29 aprel 2018, Bakı Mühəndislik Universiteti, sSəh. 1524-1527.
8.Kiçik məktəblilərin təlim-tərbiyəsində cəza və mükafatlandırmanın rolu //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı, 28-29 aprel 2018, Bakı Mühəndislik Universiteti, səh. 1527-1529.
9.Məktəbəqədər yaşlı uşaqların sensor tərbiyəsi intellektual inkişafın əsası kimi //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı, 29-30 aprel 2019, Bakı Mühəndislik Universiteti, səh. 1445-1448.
10.Məktəbəqədər yaşlı uşaqların mənəvi inkişafı //Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96-ci il dönümünə həsr olunmuş “Azərbaycan və dünya 1991-2018-ci illərdə: müqayisəli inkişaf dinamikası” mövzusunda XXIV ənənəvi Respublika elmi-praktik konfransı, 2019, Qərbi Kaspi Universiteti, səh. 172-179.
11.Empatiya sağlam ailə mühitinin formalaşması amili kimi //3. Beynəlxalq elm və təhsildə innovativ texnologiyalar simpoziumu, 1 may 2021, ADPU-, səh. 211-213.
12.Aqressiv uşaqlarla uşaq mərkəzli oyun terapiyası //Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Azərbaycan inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda multidissiplinar Respublika elmi-praktik konfransı, 24-25 may 2021, Qərbi Kaspi Universiteti.
13.Mənlik şüurunun formalaşmasının sosial kontekstdə təhlili //Əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 90 illik yubileyinə həsr olunmuş “Psixologiyanın aktual problemləri” Republika elmi konfransı, 27 oktyabr 2022 , ADPU.
14.Heydər Əliyev və təhsil islahatı //Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktik konfrans, 27 fevral 2023, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) birgə təşkilatçılığı.
15.Bağlanma tərzlərinin yetkinlikdə şəxsiyyətlərarası münasibətlərə təsiri //Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların VII Beynəlxalq elmi konfransı, 29-30 aprel 2023, Bakı Mühəndislik Universiteti.

PROQRAMLAR

Seçmə fənn. Psixokorreksiya ADPU-nun Tədris-Metodiki Şurası, 2022. (həmmüəllif dos., pedaqogika üzə fəlsəfə doktoru Nuralı Çələbiyev).