- Details
- Dərc edilib: 24 Noyabr 2025
- Oxunma sayı: 55
Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının I tədris ili tələbələrinin sərbəst iş kimi hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunub. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, c.ü.f.d., b.m. Qafqaz Ağabalayevin rəhbərliyi ilə, tələbələrin əldə etdikləri biliklərin bacarıqlara çevrilməsini hədəfləyən sərbəst iş mövzuları çərçivəsində hazırlanmış əl işləri filialın foyesində nümayiş olunub və maraqla qarşılanıb.













