- Details
- Dərc edilib: 24 May 2024
- Oxunma sayı: 3035
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Pedaqoji internaturanın (təcrübənin) yekun konfransı keçirilib. Konfransda filialın direktoru dosent Vurğun Məmmədov, müavinlər, fakültə dekanları, kafedra müdirləri, təcrübə rəhbəri, ixtisas metodistləri, pedaqoq və psixoloqlar, tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov acaraq, iştirakçıları salamlayıb, pedaqoji internaturanın (təcrübənin) yüksək səviyyədə həyata keçirilməsi məqsədilə lazımi tədbirlərin vaxtında icra edildiyini və prosesin rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlandığını bildirib. Direktor qeyd edib ki, təhsil müəssisələrində müşahidə etdiyi sınaq dərsləri tələbələrin yüksək hazırlığının və müəllimlik peşəsinə olan dərin marağının olduğunu söyləməyə əsas verir. Natiq tələbələri pedaqoji internaturanı (təcrübəni) uğurla başa vurmaları münasibətilə təbrik edib.
Konfransda təcrübə rəhbəri Asudə Bədəlovanın hesabat məruzəsi dinlənilib.
Sonra tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva çıxış edərək, qarşıda çox ciddi bir prosesin – Pedaqoji internatura komissiyaları qarşısında tələbələrin hesabatlarının və təcrübə sənədlərinin qiymətləndirilməsi prosesinin durduğunu bildirib və görülməli işlərdən danışıb.
Konfransda elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev və başqaları çıxış edərək, tələbələri pedaqoji internaturanı (təcrübəni) uğurla bitirmələri münasibətilə təbrik edib, öz fikir və tövsiyələrini bildiriblər.
Konfras direktor dosent Vurğun Məmmədovun yekun sözü ilə başa çatıb.