- Details
- Dərc edilib: 29 Sentyabr 2026
- Oxunma sayı: 27
Sentyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) 2026–2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
İclasda TEC-in yeni tədris ili üzrə fəaliyyət istiqamətləri, qarşıya qoyulan əsas vəzifələr və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi, onların elmi dünyagörüşünün və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif elmi tədbirlərdə iştirakının genişləndirilməsi, tələbə təşəbbüslərinin dəstəklənməsi və elmi yaradıcılığa marağın artırılması məsələləri diqqət mərkəzində olub.
İclas zamanı TEC-in 2026–2027-ci tədris ili üçün fəaliyyət planı müzakirəyə çıxarılıb. Tədris ili ərzində elmi seminarların, tələbə konfranslarının, dəyirmi masaların, intellektual və elmi müsabiqələrin, eləcə də müxtəlif elmi-maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib və fəaliyyət planının əsas istiqamətləri müəyyənləşdirilib.
Görüşdə TEC-in idarəetmə strukturunun yenilənməsi məsələsinə də baxılıb. Tələbə Elmi Şurasının yeni tərkibi, eləcə də fakültələr üzrə nümayəndələr seçilib. Yeni tərkibin tələbələrin elmi fəaliyyətinin daha səmərəli təşkilinə, fakültələr arasında elmi əməkdaşlığın gücləndirilməsinə və tələbələrin elmi təşəbbüslərinin vahid platformada əlaqələndirilməsinə töhfə verəcəyi vurğulanıb.
İclasda tələbələrin elmi fəaliyyətə daha fəal cəlb olunmasının onların peşəkar və akademik inkişafında mühüm rol oynadığı qeyd edilib. TEC-in qarşıdakı dövrdə filialın elmi mühitinin daha da canlandırılması, tələbələrin tədqiqat potensialının üzə çıxarılması və onların elmi layihələrdə iştirak imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.
