- Details
- Dərc edilib: 15 May 2026
- Oxunma sayı: 24
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələrin intellektual bacarıqlarının inkişaf etdirilməsi, elmi biliklərinin dərinləşdirilməsi və müxtəlif fənlərə maraqlarının artırılması məqsədilə ənənəvi olaraq keçirilən fənn olimpiadalarına bu il də start verilib.
Mayın 15-də filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən olimpiadada Azərbaycan dili, ədəbiyyat, psixologiya, tarix, coğrafiya, ətraf aləmlə tanışlığın tədrisi metodikası və ingilis dili fənləri üzrə yarış təşkil olunub. Olimpiadada 53 nəfər tələbə iştirak edib. İştirakçılar ayrılmış vaxt ərzində təqdim olunan sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Bildirilib ki, olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaq. Müsabiqədə I, II və III yerlərə layiq görülən tələbələr Fəxri fərman və diplomlarla təltif ediləcəklər.
Qeyd edək ki, bu cür intellektual yarışların təşkili tələbələrin elmi fəaliyyətə marağının artırılmasına, onların yaradıcı və analitik düşüncə bacarıqlarının inkişafına mühüm töhfə verir.
