- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 4249
LƏTİFOVA ELNARƏ MÜBARİZ QIZI
Baş mühasib
QISA BİOQRAFİK MƏLUMAT
13 dekabr 1983-cü ildə Şəki şəhərində anadan olmuş, 2000-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi bitirmiş,2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsinin “Menecment” ixtisasına qəbul olmuş, 2004-cü ildə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
2004-cü il 1 avqustdan AMİ-nin Şəki filialinda mühasib
2016-cı ildən ADPU-nun Şəki filialında mühasib
2022-ci il 1 dekabrdan ADPU-nun Şəki filialında baş mühasib
MÜHASİBATLIQ
Mühasibatliq AMİ-nin Şəki filialı fəaliyyətə başladıği dövrdən yaradılmışdır.Mühasibatlıq “Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikası Qanunun əldə rəhbər tutaraq filial tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini,daxil olan pul vəsaitlərinin,əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərinin uçotunu,mühasibat uçotu hesabatlarında onların hərəkətini,xərclər smetasının ,iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliy-yatlarının uçotunu təşkil edir. İlkin sənədlərinin,hesablaşmalarının və ödəniş öhdəliklərini ,əmək haqqı fondunun sərf olunmasını,vəzifə maaşlarının təyin edilməsini,əsas fondların invertarizasiyasını və s. təşkil edir. Ştat,maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor-kreditor borclarını mühasibat balansında əks etdirir.
Mühasibatlığın 7 işçisi var:
Baş mühasib: Lətifova Elnarə Mübariz qızı
Mühasib: Əlizadə Çinarə Ələsgər qızı
Mühasib: Səmədova Şəfəq Qərib qızı
Satınalma üzrə mütəxəssis: Cavadova Aygül Rasim qızı
İqtisadçı: Əhmədova Əfsanə Kamran qızı
Statistik: Həmidova Gülşən Əlovsət qızı
Operator: Abozərova Elnarə Natiq qızı