Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< İyun 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 30    

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

ABDULLAYEVA GÜLARƏ ABDURAHMAN QIZI

PDF faylını alÇapE-poçt

Filologiya üzrə fəlsəfə doktoru, dosent, tədris işləri üzrə direktor müavini

QISA BİOQRAFİK MƏLUMAT

Abdullayeva GulareAbdullayeva Gulare1970-ci ildə Şəki rayonunda anadan olub. 1977-1987-ci illərdə Şəki rayon Qoxmuq kənd orta məktəbində, 1987-1992-ci illərdə N. Tusi adına ADPU-nun Filologiya fakültəsində, 1992-1995-ci illərdə həmin universitetdə “Xalqların dilləri” ixtisası üzrə aspiranturada təhsil almışdır.1995-ci ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, ictimai əsaslarla “Dillər” kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında fəaliyyətini davam etdirir. 2001-ci ilin avqustunda G.Abdullayeva Azərbaycan Müəllimlər İnsitutunun Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda o, həmin vəzifədə işləyir. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1987-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini,
1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasını bitirmişdir.
2000-ci ildə “Azərbaycan dilində -sa/-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını almışdır.
2014-cü ildə AAK-in qərarı ilə dosent elmi adını almışdır.

+ ƏMƏK FƏALİYYƏTİ
1992-ci ildə şəki rayon Qoxmuq kənd orta məktəbində müəllim,
1995-ci ildə M. Ə. Rəsilzadə adına BDU-nun Şəki filialında baş müəllim,
1997-ci ildə Dillər kafedrasının müdiri,
2000-ci ildə AMİ-nin Şəki filialında baş müəllim,
2001-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

+ TƏDQİQAT SAHƏSİ
Azərbaycan dili

+ TƏDRİS ETDİYİ FƏNLƏR
Müasir Azərbaycan dili.

+ NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ
">
1.-sa|-sə şəkilçisinin tədqiqi tarixinə bir nəzər. Azərb. Resp. Pedaqoji Ali məktəb aspirantlarının Elmi konfr. tezisləri, Bakı,1994, s.61-62.
2. Qədim türk yazılı abidələrinin dilində -sar,-sər şəkilçisi.“Tarixi-linqvistik fənlərin tədrisi problemləri” jurnalı, Bakı,1994, s. 92-94.
3.M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində -sa|-sə şəkilçisi.“Pedaqoji universitet xəbərləri” jurnalı, N 2, Bakı,1994, s. 40-45.
4.-sa/-sə şəkilçisinin morfoloji xüsusiyyətləri.“Dil məsələlərinə dair tematik toplu”, N 2, Bakı,1994. s. 97-99.
5.Azərbaycan dilində -sa/-sə şəkilçisinin sintaktik xüsusiyyətləri. Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1995, s. 62.
6.-sa/-sə şəkilçisinin genezisi. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 3-6.
7.-sa/-sə şəkilçisinin praforması. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 7-12.
8.-sa/-sə morfoloji-sintaktik əlamətli koordinativ şərt konstruksiyaları. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 55-57.
9.Fellərdə şərt məzmununun ifadə formaları-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2007, s. 3-6.
10.Vaqif Aslanın şeirlərinin dili--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2009, N 6, s. 94-99
11. İbtidai siniflərdə Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadə-“Pedaqoji Universitet xəbərləri”, 2009, N 6, s. 205-209
12. Müasir Azərbaycan dilində qarışıq tipli tabesiz mürəkkəb cümlələr--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N3, s. 3-7
13. Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N 6, s. 3-7
14. Azərbaycanda əlifba islahatı sahəsində Mirzə Fətəli Axundzadənin təşəbbüsləri - -“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2013, N 4, s. 3-6.
15. Sintaksisin tədrisində yeni təlim texnologiyalarından istifadə - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - "Bakı Slavyan Universitetinin xəbərləri" , 2015, N 1, s. 125-130.        16. Müasir Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - “Bakı Slavyan Universitetinin xəbərləri” , 2017, N 1, s. 6-9

+ KİTABLARI
1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3. Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.

+ PROQRAMLAR
1. Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. “Müəllim”, 2014.
2. Müasir Azərbaycan dili. Bakı, “Müəllim”, 2014.

Tel: +(994 24) 246 06 65


İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp