Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Noyabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

Vaqif Aslanla görüş

PDF faylını alÇapE-poçt



Vaqif Aslanla görüş2017-ci ilin noyabr ayının 15-də Şəki rayon Kiş kəndi Heydər Əliyev adına tam orta məktəbdə ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, görkəmli tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair Vaqif Aslanovla (Vaqif Aslanla) görüş təşkil edilib. Görüşdə Şəki rayon Kiş kəndi Heydər Əliyev adına tam orta məktəbin müəllim kollektivi və şagirdləri, bir qrup
kənd sakini, həmçinin ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov və kafedranın baş müəllimi Həbibulla Manaflı iştirak ediblər.
Tədbirdə Vaqif Aslanın müəllim, şair, tərçüməçi, dramaturq kimi yaradıçı fəaliyyəti, türk xalqlarının tarix və ədəbiyyatı sahəsindəki tədqiqatları, qələmə aldığı əsərlər, nəşr edilmiş kitabları haqqında geniş və əhatəli məlumat verilib.
Müəllifin Şəki rayon Kiş kəndinin yetirməsi olan görkəmli türkoloq, Azərbaycan Respublikası Ali Sovetinin deputatı mərhum Aydın Məmmədovun faciəvi vafatı ilə əlaqədar qələmə aldığı “Aydın” poeması əsasında mərhum rejissor Azərbaycanın və Rusiya Federasiyasının əməkdar artisti Mərdan Feyzullayev tərəfindən quruluş verilərək 1992-ci ilin aprel ayının 20-də səhnəyə qoyulmuş ədəbi-bədii kompozisiya və 2016-cı ildə yenə həmin rejisor tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi nümayiş etdirilib.
Daha sonra Şəki rayon Kiş kənd Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə Vaqif Aslanın əsərləri əsasında hazırlanmış geniş ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov, kafedranın baş müəllimi Həbibulla Manaflı, Şəki rayon Kiş kəndi Heydər Əliyev adına tam orta məktəbin direktoru Elçin Qarayev, məktəbin müəllimləri Elxan Musayev, Tahir İslamov Vaqif Aslan yaradıcılığı haqqında əhatəli çıxış edib, ona yaradıcılığında və şəxsi həyatında uğurlar diləyiblər.
Tədbirin sonunda Vaqif Aslan çıxış edərək, onun yaradıcılığına verilən dəyərə və yüksək səviyyədə təşkil edilmiş tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildirib.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Yumor-zarafat arxasında gizlənən ciddilikdir. P.E.VEYS

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp