- Details
- Dərc edilib: 15 Oktyabr 2025
- Oxunma sayı: 646
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəkidə yerləşən ali, orta ixtisas və peşə liseyləri arasında voleybol üzrə şəhər birinciliyi uğrunda yarışlara start verilib. Yarışların 14-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 14-də Şəki şəhər Regional Kollecində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı ilə kollec arasında voleybol yarışı keçirilib. Yarışda iştirak edən altı komandadan biri filialın, beşi isə kollecin komandası olub. Yarışda filialın komandası 3-cü yerə sahib olub.
