- Details
- Dərc edilib: 06 May 2025
- Oxunma sayı: 66
Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin təşkil olunmasında məqsəd aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alıb, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələri fonddan istifadə şərtləri barədə məlumatlandırmaq olub. Tədbirdə TTKF-nin aparıcı mütəxəssisi Kənan İsayev, filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, pedaqoji fakültənin dekan müavini Mehriban Kərimova, Filologiya fakültəsinin əməkdaşı Nigar Qaffarova, tələbələr və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Xuraman Həmidova açaraq, son illərdə dövlətimiz tərəfindən gənclərin təhsilə əlçatanlığının təmin olunması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edərək bildirib ki, TTKF-nin yaradılması da dövlətin bu istiqamətdə gənclərə göstərdiyi dəstək kimi son dərəcə əhəmiyyətlidir. Sonra fondun aparıcı mütəxəssisi Kənan İsayev tələbələrə fondun imkanlarından istifadə şərtləri barədə əhatəli məlumat verib. Tədbirdə iştirakçiları maraqlandıran suallar cavablandırılıb.