Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin birgə qərarına əsasən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümu münasibətilə keçiriləcək müsabiqə-festivalda tələbələrin iştirakını təmin etmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təşkil olunan seçim turunun iştirakçıları mükafatlandırılıblar. Qeyd edək ki, filialda aprel ayında təşkil olunan seçim turunda tələbələr bədii qiraət, rəqs, mahnı, musiqi alətində ifa və s. üzrə öz bacarıqlarını göstəriblər. Müsabiqə iştirakçıları l, ll, lll dərəcəli diplom və Fəxri Fərmanla təltif ediliblər.