- Details
- Dərc edilib: 06 Aprel 2024
- Oxunma sayı: 2798
4 aprel 2024-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 28 nəfəri iştirak edib.
Elmi Şuranın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent V.R.Məmmədov öncə qarşıdan gələn proqram akkreditasiyası ilə bağlı qarşıya qoyulmuş vəzifələri Elmi Şura üzvlərinin diqqətinə çatdırdıqdan sonra Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada gündəlikdə duran üç məsələ müzakirə edilib. “Filialda tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və XVII tələbə elmi konfransına hazırlığın vəziyyəti haqqında” birinci məsələ ilə bağlı Elmi Şura üzvlərinə filialın Elmi işlər üzrə direktor müavini dosent N.Z.Çələbiyev məlumat verib. “Filialın “Xarici dil (Fransız dili) müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” adlı ikinci məsələ haqqında filialın “Filologiya” fakültəsinin dekanı dos.U.B.Mürşüdova şura üzvlərini məlumatlandırıb. Gündəlikdə duran “Filialda tələbələrin pedaqoji təcrübələrinin təşkili və gedişi vəziyyəti haqqında” adlı üçüncü məsələ ilə bağlı isə filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru, baş müəllim V.B.Baxışov məlumat verib.
Elmi Şura gündəlikdə duran cari mələləri də müzakirə edərək müvafiq qərarlar qəbul edib. “Filialın Elmi Şurasının tərkibinə yenidən baxılması haqqında” və “Filialın Pedaqoji və Filologiya fakültələrinin Elmi - Metodik Şuralarının “Əsasnamə” lərinin müzakirəsi və təsdiqi” adlı məsələlər geniş müzakirə edilərək müzakirə və təsdiq olunmaq üçün ADPU-nun Rektorluğuna göndərilib. Həmçinin filial əməkdaşlarının tərtib etdikləri fənn proqramlarının müzakirəsi, təsdiqi və çapa tövsiyə olunması da müzakirə olunan carı məsələlər sırasında özünə yer alıb.
Elmi Şura iclası işgüzar şəraitdə başa çatıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.