- Details
- Dərc edilib: 24 Oktyabr 2025
- Oxunma sayı: 80
Oktyabrın 23-də Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Fibonacci” adlı intellektual oyun keçirilib. Yarışda Şəki, Zaqatala, Qəbələ, Göyçay, Mingəçevir, Ağdaş şəhər və rayonlarının ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən tələbələrdən ibarət 14 komanda iştirak edib. Yarışda
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialını təmsil edən “ADPU Şəki” komandası 15 xal toplayaraq 4-cü yerə layiq görülüb.
