ADPU-nun Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov, filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov və tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Abdullayevanın müəllifliyi ilə filialın yaradılmasının 30 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb.
31.5 çap vərəqindən ibarət olan kitabın rəyçiləri Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Cəfərov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aqiyə Naxçıvanlı, ön sözünün müəllifi ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru ADPU-nun Şəki filialının filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovadır.
Kitabda filialın BDU-nun struktur vahidi kimi fəaliyyətinin tənzimlənməsinə, Azərbaycan Müəllimlər İnstitutunun yaradılmasını şərtləndirən amillərə və onun tərkibində Şəki filialının fəaliyyətinin ixtisaslaşmasında baş verən yeniliklərə, Şəki filialının ADPU-nun tərkibinə verilməsi, onun pedaqoji universitetə məxsus struktur vahid kimi fəaliyyətində keyfiyyət dəyişikliklərinə diqqət yönəldilir, bu tədris müəssisəsinin strukturlarının, professor-müəllim heyətinin tədrisin təşkili və idarə olunması üzrə fəaliyyətinin əsas xüsusiyyətləri şərh olunur. Bunlarla yanaşı, kitabda Şəki filialının professor və müəllimləri, filialın məzunlarının bir qismi barədə avtobioqrafik məlumatlar da yer alır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabdan həmçinin ali təhsil müəssisələrinin idarə olunması istiqamətində fəaliyyət göstərən menecerlər, xüsusilə bu sahənin gənc mütəxəssisləri faydalana bilərlər.





001002003
fondeduadpubir

VKkj