Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin dəstəyi, Ümumelmi fənlər kafedrasının müəllimi Vüsalə Qaragözovanın rəhbərliyi ilə “Qızıl əllər” adlı sərgi təşkil olunub. Sərgidə filialın “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasının 3-cü tədris ili tələbələrinin kağız və karton üzərində rəngli boyalarla işlədikləri rəsmlər nümayiş olunub. Tələbələr sərgiyə 30-dan çox rəsm işi təqdim ediblər. Tələbələrin bu yaradıcılıqları və bacarıqlarını əks etdirən sərgi böyük marağa səbəb olub.





001002003
fondeduadpubir

VKkj