- Details
- Dərc edilib: 02 May 2025
- Oxunma sayı: 74
Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şuranın 2024-2025-ci tədris ili üçün iş planına uyğun olaraq, 3 məsələ müzakirəyə çıxarılıb. Əvvəlcə filialın direktoru, Elmi Şuranın sədri, dosent Vurğun Məmmədov giriş sözü ilə çıxış edib və üzvləri gündəlikdəki məsələlərlə bağlı məlumatlandırıb.
Gündəlikdəki birinci məsələ - “2024-cü ildə elmi fəaliyyət sahəsində ən yüksək nəticələr əldə etmiş əməkdaşların fəaliyyətinin reytinq qiymətləndirilməsinin nəticələri” haqqında Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva təqdimatla çıxış edib və filial əməkdaşlarının elmi fəaliyyətinin nəticələri geniş müzakirə və təhlil olunub.
Filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” adlı ikinci məsələ ilə bağlı Filologiya fakültənin dekanı dosent Ulduz Mürşüdova hesabat verib.
Sonra filialın İnformasiya-Kommunikasiya Texnologiyaları şöbəsinin fəaliyyəti barədə hesabat dinlənilib və filialın İKT avadanlıqlarına olan tələbatı geniş müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Müzakirə olunan məsələlər ətrafında Elmi Şura üzvləri dosent Rafiq Rasulov, dosent Nuralı Çələbiyev, dosent Ulduz Mürşüdova, dosent Sədrəddin Bədiyev, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov və baş müəllim Səadət Feyzullayeva çıxış edərək, öz fikir, təklif və mülahizələrini bölüşüblər.
İclasda bir sıra cari məsələlər muzakirə olunub və müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul edilib.