Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Kitab karvanı” layihəsi çərçivəsində sərgi təşkil olunub. Sərginin təşkilində məqsəd filialda təhsil alan gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində onlarda mütaliəyə həvəs oyatmaq, dünya və Azərbaycan ədəbiyyatından olan maraqlı əsərləri nümayiş etdirmək olub. Layihə rəhbəri Rafil Əşrəflinin iştirakı və filialın Karyera mərkəzinin təşkilatçılığı ilə açıq havada təşkil olunan sərgi müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, səhər saatlarından təşkil olunan sərgiyə 2500-dən çox kitab çıxarılıb və sərgi saat 16:00-dək davam edib. Eyni zamanda layihə rəhbəri tərəfindən filialın kitabxanasına xeyli kitab hədiyyə olunub.





001002003
fondeduadpubir

VKkj