- Details
- Dərc edilib: 06 Oktyabr 2025
- Oxunma sayı: 561
Oktyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsi ilə birgə “Dini radikalizmə qarşı mübarizə tədbirləri” mövzusunda tədbir keçirilib. DQİDK-nın regional bölməsinin rəhbəri, əməkdaşları, filialın müəllim və tələbələrin iştirak etdiyi tədbiri filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərəmov açaraq yeni nəslin tərbiyəsində bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib. Tədbirdə regional bölmənin müdiri Pərvin İsmayılov dini radikalizmə qarşı mübarizə mövzusunda geniş məruzə ilə çıxış edib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.