- Details
- Dərc edilib: 06 Noyabr 2025
- Oxunma sayı: 60
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Məmmədov Pənah İslam oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri Pənah haqqında xatirələrindən danışıb, təltifləri ilə əməkdaşları tanış ediblər və ziyarətə görə filial əməkdaşlarına təşəkkürlərini bildiriblər. Filialın əməkdaşları Pənah kimi vətənpərvər el oğulları ilə bütün xalqımızın qurur duyduğunu vurğulayıb, şəhidlərin xatirəsinin həmişə əziz olacağını bildiriblər.













