Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) hesabat iclası keçirilib. İclasda filialın direktor müşaviri dosent Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova, filialın müəllim və tələbələri iştirak ediblər. Filialın TGT-nin ötən tədris ili ərzində fəaliyyəti haqqında təşkilatın sədri Xədicə Abdurahmanlı hesabatla çıxış təqdim edərək, müddət ərzində filialda təhsil alan gənclərin intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətə faydalı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmaları istiqamətində təşkilat tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib və bildirib ki, ölkə başçısının gənclərə olan inam və etimadını doğrultmaq üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlar. Sonra hesabat ətrafında müzakirə aparılıb, çıxışlar dinlənilib. TGT-nin sədr müavini Fidan Yusifli, İncəsənət klubunun sədri Ceyhun Əlizadə, Art klubun sədri Arzu Hümmətli, Conversation klubun sədri Müsəllif Bəşirov, Vətənpərvərlik klubunun sədri Gülnur Məmmədli, Onlayn oyun klubunun sədri Abdulla Mustafayev, Sinema klubun sədri Aysel Abdulkərimli, Kitab klubunun sədri İnci Salamova, Debat klubun sədri Səma Şəldiyeva, İntellektuаl oyun klubunun sədri Səbinə Kərimli öz çıxışlarını, illik hesabatı və klubların gələcək planlarını təqdim ediblər.
Dos. Rafiq Rasulov, dos. Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, ötən tədris ili ərzində TGT-nin fəaliyyətini məqbul qiymətləndiriblər.
Sonra açıq səsvermə yolu ilə TGT-nin idarə heyətinə yeni namizədlərin seçkisi keçirilib.
Səki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova çıxış edərək, filialın bütün ixtisaslarının tələbələrinin təmsil olunduğu 25 nəfərdən ibarət yeni tərkibi təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Cəmiyyətin və dövlətimizin gələcək inkişafında gənclərin üzərinə böyuk məsuliyyət düşdüyünü vurğulayan S.Bağırova yeni qəbul olmuş namizədlərin də səmərəli fəaliyyət göstərəcəyinə böyük ümid bəslədiyini bildirib.





001002003
fondeduadpubir

VKkj