- Details
- Dərc edilib: 30 May 2025
- Oxunma sayı: 139
Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, filialın direktoru dos.Vurğun Məmmədov Şura üzvlərini gündəliklə tanış edib, müzakirəyə çıxarılan məsələlər səsə qoyularaq təsdiq edilib.
Gündəlikdəki I məsələ - “2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” tədris işləri üzrə direktor müavini, dos.Gülarə Abdullayeva arayışla çıxış edib, fakültə dekanları dos.U.B.Mürşüdova və fil.ü.f.d., baş müəllim X.A.Abdullayevanın məlumatları dinlənilib. Gündəlikdəki ikinci məsələ -“IV və V tədris ili tələbələrinin buraxılışa hazırlığının monitorinqinin nəticələri” haqqında arayışla tədris işləri üzrə direktor müavini çıxış edib. III məsələ ilə əlaqədar Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayevanın “7-8 may 2025-ci il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə filialda keçirilmiş XVIII tələbə elmi konfransının yekunları haqqında” hesabatı dinlənilib.
Gündəlikdəki IV məsələ -“Filialın “Məktəbəqədər təhsil” ixtisasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən keçirilmiş proqram akkreditasiyasının nəticələri haqqında” Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim N.Z.Nəsrullayevanın arayışı müzakirəyə təqdim olunub. Gündəlikdəki V məsələ - “Filialda keçirilmiş fənn olimpiadaları və müsabiqələrin yekunları barədə” Karyera mərkəzinin müdiri X.İ.Həmidova hesabatla çıxış edib.
Elmi Şurada bir sıra cari məsələlər müzakirə olunub. Müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.