- Details
- Dərc edilib: 14 May 2025
- Oxunma sayı: 109
Fevral ayının 17-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bakalavriat səviyyəsi üzrə mövcud ixtisasların buraxılış kurslarının tələbələri təcrübəyə başlayıblar. Əsasnaməyə uyğun olaraq, iki mərhələdə keçirilməsi nəzərdə tutulan təcrübənin tədris təcrübəsi mərhələsi filialda həyata keçirilib.
Aprelin 28-dən təcrübəçi tələbələr istehsalat təcrübəsinə orta məktəblər və məktəbəqədər təhsil müəssisələrində davam edirlər. Təcrübəçi tələbələr tədris təcrübəsindən əldə etdikləri bilik və bacarıqları istehsalat təcrübəsi zamanı sınaq dərslərində tətbiq edir, məktəb və uşaq bağçalarının pedaqoji heyətinin fəaliyyətini diqqətlə izləyir, gələcəyin bacarıqlı, savadlı müəllimləri kimi formalaşırlar. Şagird və kiçikyaşlı uşaqlarla işləmək, təlim məşğələləri aparmaq, pedaqoji prosesin birbaşa iştirakçısı olmaq tələbələrdə öz peşəsinə marağı artırır, seçdikləri ixtisasa adaptasiya prosesini gücləndirir.
Qeyd edək ki istehsalat təcrübəsi may ayının 30-dək davam edəcək.