ADPU-nun Şəki filialında 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının 30 may 2023-cü il tarixli iclasında müzakirə edilərək, müvafiq qərar qəbul olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin imtahanların təşkili və keçirilməsinə dair əmr və sərəncamlarından irəli gələn vəzifələri yerinə yetirmək, imtahan sessiyasının normal təşkili, imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunması məqsədilə filialın direktoru dos. Rafiq Rasulovun müvafiq əmrlərinə əsasən, İmtahan qərargahı, İmtahan komissiyası, Apelyasiya komissiyası, koordinatorlar qrupu, işçi qrupu yaradılıb, imtahan sessiyasına hazırlıq işləri vaxtında görülüb, müvafiq normativ sənədlər hazırlanıb, imtahan götürüləcək auditoriyalar təşkil olunub.
Qeyd edək ki, filialda imtahan sessiyası iyun ayının 1-dən başlayıb, iyulun 5-dək davam edəcək.