ADPU-nun Şəki filialının direktoru dos.Vurğun Məmmədovun 04 aprel 2024-cü il tarixli 02/81 saylı əmrinə əsasən filialda fənn olimpiadası təşkil edilib. Olimpiadada qeydiyyatdan keçmiş 101 nəfər tələbədən 93 nəfəri iştirak edib və aşağıdakı fənlər üzrə keçirilib. Hər fəndən göstərilən sayda:
• Azərbaycan dili - 19
• Azərbaycan tarixi - 12
• Azərbaycan coğrafiyası - 1
• Ədəbiyyat - 7
• Riyaziyyat - 10
• İnformatika - 8
• Pedaqogika - 1
• Psixologiya - 2
• İngilis dili - 24
• Fransız dili - 8
• Həyat bilgisi və onun tədrisi metodikası -1 tələbə iştirak edib.
Şəffaflığın təmini istiqamətində lazımi tədbirlər görülüb. Olimpiada suallarını cavablandırmaq üçün tələbələrə 120 dəqiqə vaxt ayrılıb. Olimpiadanın gedişində hər hansı bir neqativ hal baş verməmişdir.
Artıq olimpiadanın son – cavabların emalı mərhələsina başlanılıb. Yekun nəticələr 3 iş günü ərzində elan ediləcəkdir.