- Details
- Dərc edilib: 24 Oktyabr 2025
- Oxunma sayı: 221
Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın ADPU-nun rektorunun 21 oktyabr 2025-ci il tarixli 3/204 N-li əmri ilə təsdiq edilmiş 19 nəfərdən ibarət yeni tərkiblə ilk iclası keçirilib.
Filialın direktoru, Elmi Şuranın sədri dos.Vurğun Məmmədov iclası giriş sözü ilə açaraq, növbəti 5 il müddətinə seçilmiş tərkibə uğurlar arzulayıb və Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyulub və təsdiq edilib.
Birinci məsələ - “Filialın kafedralarının tədris resursları ilə təminatı, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti haqqında” tədris işləri üzrə direktor müavini dos.Gülarə Abdullayevanın hesabatı dinlənilib.
İclasda həmçinin Filologiya və Pedaqoji fakültələrin dekanlığında 2025-2026-cı tədris ili üçün planlaşma işlərinin və tədris prosesinin təşkili vəziyyəti haqqında fakültə dekanları dos.Ulduz Mürşüdova və fil.ü.f.d., baş müəllim Xalidə Abdullayevanın hesabatları dinlənilərək müzakirə olunub. Müzakirələrdə Elmi Şura üzvlərindən dos.Nuralı Çələbiyev, prof.Firədun İbrahimov, dos.Rafiq Rasulov, baş müəllim Nərminə Nəsrullayeva çıxış edərək mövcud problemlərdən və onların həlli yollarından bəhs ediblər. Gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.
