- Details
- Dərc edilib: 29 Oktyabr 2025
- Oxunma sayı: 147
Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirilib. İclasda elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayeva, TEC üzvləri, TEC-in fakültə nümayəndələri, kafedralar üzrə tələbə elmi tədqiqat işlərinə cavabdeh şəxslər iştirak ediblər.
İclasda TEC-in 16 nəfərdən ibarət idarə heyəti seçilib və 17 nəfər tələbə fakültələr üzrə nümayəndə kimi müəyyənləşdirilib. Sonra TEC üzvləri Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 27 iyun 2014-cü il tarixli 752 nömrəli əmri ilə təsdiq edilmiş “Аli təhsil müəssisəsində təhsilalanların еlmi tədqiqat işinin təşkili haqqında Əsasnamə” ilə tanış ediliblər. iclasda tələbə elmi tədqiqat işlərinə verilən tələblər, elmi tədqiqat işi üzərində işləməyin tələbələrin gələcək təhsil həyatında rolu kimi məsələlər müzakirə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
