2024-cü il aprel ayının 9-da ADPU-nun Şəki filalının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Sevinc Əliyeva pedaqoji internatura keçdiyi Şəki şəhər 14 saylı tam orta məktəbin VI sinfində A.Bakıxanovun “Hikmətin fəziləti” mövzusunda sınaq dərsi keçib. Sınaq dərsində ADPU-nun Şəki filialının direktoru dos.Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov, təcrübə rəhbəri Asudə Bədəlova, metodist dos. Şərqiyyə Hümbətova, pedaqoji rəhbər b/m.Tofiq Namazov, psixoloji rəhbər Aygül Salamova, fənn müəllimi Pərvanə Şərifova, məktəbin direktoru İradə Abdullayeva və həmin ixtisasın tələbələri iştirak edib.
Sevinc Əliyeva sınaq dərsini yeni təlim metodları əsasında hazırlayaraq təqdim edib. Müxtəlif interaktiv üsullardan yararlanıb. Dərsin gedişində müqayisəli təhlil, analiz və sintez metodlarından güniş şəkildə yararlanılıb, müxtəlif əyani vasitələrdən, xüsusən də İKT-nin imkanlarından istifadə edilib. Şagirdlərə müxtəlif qrup tapşırıqları verilib və bu əsasda qiymətləndirmə aparılıb.
Dərsin yekununda sınaq dərsin geniş müzakirəsi aparılıb, irad, təklif və tövsiyyələr tələbənin diqqətinə çatdırılıb.