- Details
- Dərc edilib: 14 May 2024
- Oxunma sayı: 3271
ADPU-nun Şəki filialında filialın tələbələri arasında keçirilmiş informatika fənni üzrə olimpiadaya da yekun vurulub. Olimpiadanın nəticələrinə görə, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V tədris ilinin tələbəsi Əlican Valeh oğlu İsmayılov ən yüksək nəticəni göstərərək 96 balla birinci, həmin ixtisasın IV tədris ilinin tələbələri Gülşən Samir qızı Əhmədli 94 balla ikinci, Ayçiçək Vüqar qızı Abdurahmanlı 88 balla üçüncü, Aysel Fizuli qızı İsmayılova 86 balla üçüncü, Aysun Şaiq qızı Məmmədova 76 balla həvəsləndirici yerə layiq görülüb. Olimpiadada ən yüksək nəticə göstərən tələbələrin filial rəhbərliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilməsi nəzərdə tutulub.