- Details
- Dərc edilib: 03 İyun 2025
- Oxunma sayı: 501
İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında əməkdaşlar arasında ingilis dili biliklərinin səviyyəsini müəyyənləşdirmək və növbəti mərhələdə onları dil kurslarına cəlb etmək məqsədilə səviyyə testi təşkil olunub. Səviyyə testi mərhələsində filialın 50-dən çox əməkdaşı iştirak edib.
Tədbir filial əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək üçün filialın Keyfiyyətin təminatı şöbəsi tərəfindən öncədən keçirilmiş sorğunun nəticələrinə əsaslanaraq həyata keçirilib. Nəticələr göstərib ki, əməkdaşlar yeni tədris metodları, akademik yazı bacarıqları və ingilis dili biliklərinin təkmilləşdirilməsində maraqlıdırlar.
Təlim proqramı 6 həftə ərzində, həftədə 3 dəfə 1 akademik saat olmaqla keçiriləcək. Təlimlərin sonunda iştirakçılara və təlimçilərə sertifikatlar təqdim olunacaq.
Növbəti tədris ilindən etibarən mərhələli şəkildə davam edəcək dil kurslarının filial əməkdaşlarının beynəlxalq elmi konfranslarda məqalə təqdim etmə imkanlarının artmasına və ümumilikdə peşəkar inkişaflarına töhfə verməsi nəzərdə tutulur. Bu istiqamətdə fəaliyyətlər davam etdirilir.