- Details
- Dərc edilib: 04 Dekabr 2025
- Oxunma sayı: 68
Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialının və onun strukturlarının rəhbərləri, müəllim və tələbələrinin Şəki şəhərində Heydər Əliyev Mərkəzinə növbəti ekskursiyası təşkil edilib. Məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideya-nəzəri irsinin tələbə-gənclər tərəfindən öyrənilməsi olub. Əvvəlcə mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən foto-materiallara, sonra mərkəz tərəfindən Beynəlxalq Əlillər Günü münasibətilə yaradılmış sərgiyə baxış keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev və Şəki” mövzusunda mühazirə dinlənilib. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.













