- Details
- Dərc edilib: 16 Dekabr 2025
- Oxunma sayı: 355
Qısa bioqrafik məlumat
Musayev Elbrus İbrahim oğlu 23.03.1997-ci ildə Şəki şəhərində anadan olmuşdur.2003-2014-cü illərdə Şəki şəhər 19 saylı tam orta məktəbdə orta təhsil almışdır.2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində ali təhsil almış,2018-ci ildə həmin ali təhsil ocağını başa vuraraq “Hüquqşünas” ixtisasına yiyələnmişdir.2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur.04.10.2021-ci il tarixindən 01.08.2023-cü il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində çalışmışdır.26.01.2024-cü il tarixindən ADPU-nun Şəki filialının hüquqşünası vəzifəsində çalışır.Subaydır.III dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi vardır.
Təhsili
2003-2014-cü illərdə Şəki şəhər 19 saylı tam orta məktəbdə orta təhsil almışdır
2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində “Hüquqşünas” ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyəti
04.10.2021-ci il tarixindən 01.08.2023-cü il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində çalışmışdır
26.01.2024-cü il tarixindən ADPU-nun Şəki filialının hüquqşünası vəzifəsində çalışır.
Vəzifəsi haqqında
Hüquqi aktların layihələrinin işlənib hazırlanmasında iştirak edir.Struktur bölmə və şöbələrə hüquqi yardım göstərir, məhkəmə və hüquq mühafizə orqanlarında filial rəhbərliyini və filialı təmsil edir. Əmək müqavilələrinin bağlanması işində əməkdaşlara hüquqi köməklik göstərir. Kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, əmrlərin və digər sənədlərin hazırlanmasında iştirak edir. İddialara və digər tələblərə hüquqi cavab və arayışların hazırlanmasında iştirak edir, hüquqi məsələlərlə bağlı təqdimat və rəy verir.
