Şəki şəhərində “Şəhərsalma və memarlıq ili” münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri arasında “Tələbə kuboku – 2026” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun IV turu təşkil olunub.
Tədbir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə aprelin 2-də ADPU-nun Şəki filialında baş tutub.
İntellektual yarışda ümumilikdə 13 komanda olmaqla 80 nəfər iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticələrinə əsasən, I yerə “NATO”, II yerə “Barbarossa”, III yerə isə “Atabəylər” komandası layiq görülüb.
Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Qeyd edək ki, bu cür intellektual yarışların keçirilməsi tələbələrin dünyagörüşünün genişləndirilməsi, analitik düşünmə və komanda ilə işləmə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.





001002003
fondeduadpubir

VKkj