Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. Sessiyanın yüksək səviyyədə təşkili, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaf mühitin təmin edilməsi məqsədilə filialda lazımi tədbirlər həyata keçirilib, sessiyaya hazırlığın vəziyyəti filialın Elmi Şurasının 21 may 2026-cı il tarixli iclasında müzakirə edilib. Filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov imtahan keçirilən auditoriyalarda olur və imtahanların gedişi, qiymətləndirmə ilə bağlı tələbələrin fikirlərini öyrənir. Görüş zamanı tələbələr yaradılmış şəffaf imtahan prosesinə görə filial rəhbərliyinə öz razılıqlarını bildirirlər.
Filialda direktorun müvafiq əmrləri ilə yaradılan İmtahan komissiyası, Apellyasiya komissiyası və İmtahan qərargahı səhər saat 8:30-dan 18:30-dək fəaliyyət göstərir. Komissiyalar və İmtahan qərargahı üçün avadanlıqlarla və telefonla təchiz edilmiş otaqlar ayrılıb, komissiyaların normal fəaliyyəti üçün şərait yaradılıb, tələbələr öz təklif və iradlarını bildirmələri ilə bağlı məlumatlandırılıb.
Tələbələr imtahan prosesi ilə bağlı narazılıqlarını bildirmək üçün İmtahan qərargahına, qiymətləndirmədən narazı qaldıqları halda isə Apellyasiya komissiyasına müraciət edə, filialın direktorunun, fakültə dekanlarının qəbulunda ola, filialın elektron poçt ünvanına, internet səhifələrinə yaza bilirlər. Bundan əlavə, tələbələrin anonim qaydada öz rəy və təkliflərini bildirmələri üçün də şərait yaradılıb. İndiyədək İmtahan qərargahına prosesin gedişi ilə bağlı şikayət xarakterli müraciət daxil olmayıb. Müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən qiymətləndirmə ilə bağlı Apellyasiya komissiyasına olunan müraciətlərə baxılaraq, tələbənin imtahan cavabının başqa mütəxəssis tərəfindən obyektiv qiymətləndirilməsi təmin edilir.
Qeyd edək ki, filialda imtahan sessiyası iyun ayının 1-dən başlayıb və beş həftə davam edəcək.





001002003
fondeduadpubir

VKkj