- Details
- Dərc edilib: 16 Oktyabr 2026
- Oxunma sayı: 13
Oktyabr 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib. Görüşdə filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın direktoru, dosent Vurğun Məmmədov giriş sözü ilə çıxış edərək şairi salamlayıb, onun həyat və yaradıcılığı haqqında məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri şair Vaqif Aslan çıxışında Vahid Əzizin yaradıcılığından geniş bəhs edib.
Sonra söz Xalq şairi Vahid Əzizə verilib. Şair həyat və yaradıcılığı, poeziya haqqında fikirlərini görüş iştirakçıları ilə bölüşüb, yaradıcılıq yolunun maraqlı məqamları ilə bağlı söhbət açıb, şeirlərini ifa edərək, iştirakçılara unudulmaz poeziya anları yaşadıb.
Görüş tələbələrin ifasında şairin şeirlərinin səsləndirilməsi ilə davam edib.
Görüşdə şairə xatirə-hədiyyə kimi Şəkinin tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayının daş üzərində rəsmi və Təşəkkürnamə təqdim edilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, şairlə səmimi söhbət və fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkilib.













