Mayın 26-da ADPU-nun Şəki filialında Azərbycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “28 may – Milli istiqlal tariximizin şanlı səhifəsi” mövzusunda onlayn elmi-nəzəri konfrans keçirilib. Microsoft Teams proqramı vasitəsilə təşkil olunan konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə filialın direktoru riyaiyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının vətənimizin tarixində əhəmiyyəti, müstəqilliyimizin yenidən bərpa edilməsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşması və inkişafı yolunda həyata keçirdiyi işlər, Vətən müharibəsində qələbəmiz, ərazi bütövlüyümüzün təmin olunması, dövlət başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə konfrans iştirakçılarına məlumat verib.
Konfransda filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, professor, Respublikanın Əməkdar müəllimi, Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Firədun İbrahimov “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir” mövzusunda məruzə ilə çıxış edib.
Sonra çıxışlar dinlənilib. Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Milli müstəqilliyimizin bərpası dövlətçilik tariximizin yeni mərhələsi kimi”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Könül Salahova “Milli müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri”, Humanitar fənlər kafedrasının müəllimi Vaqif Şükürov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya” mövzularında çıxış ediblər.
Konfrans direktor dosent Rafiq Rasulovun yekun nitqi ilə başa çatıb. Natiq bu qürurverici hadisənin tarixi əhəmiyyətindən bəhs edərək, bayram münasibətilə bütün iştirakçıları təbrik edib, uğurlar arzulayıb.





001002003
fondeduadpubir

VKkj