Qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış bütün gəncləri təbrik edir, ADPU-nun Şəki filialını seçənlərə təşəkkürümüzü bildiririk. DİM-in rəsmi məlumatına əsasən, ali məktəblərə yeni qəbul olunmuş abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə həyata keçiriləcəkdir. Müəyyən olunmuş müddətdə həmin portalda qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcəkdir.
Tələbə adı qazanmış şəxslər qeydiyyat başladığı tarixdən onlayn qaydada qeydiyyatdan keçmək üçün aşağıda siyahısı təqdim edilən sənədlərin scan variantını (elektron sürəti) portal.edu.az portalına göndərməli və qeydiyyatdan keçdikdən sonra bir həftə müddətində sənədlərin əslini (notarial qaydada təsdiq olunmuş) ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər:

1.Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)
2.Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2020-2021-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)-6 ədəd ;
4.Şəxsiyyət vəsiqəsi və onun surəti ( 6 ədəd);
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün);
6.Tibbi arayış (Forma - 086) (şəkilli);
7.İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2021-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə baxın.
8.18 yaşı bitənlər COVİD-19 pasportu və ya immun sertifikatı (əks-göstərişi olanlar əks-göstəriş sertifikatı).


Bir daha bildiririk ki, tələbə adını qazanmış şəxs portal.edu.az portalında mütləq şəkildə qeydiyyatdan keçməlidir. Əks halda, DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir. Cari ildə magistraturaya qəbul olsa da, qeyd olunan portalda onlayn qeydiyyatdan keçmədiyinə görə bəzi gənclərin magistaturada oxumaq imkanını itirmələrini nəzərə alaraq, belə bir nəticə ilə qarşılaşmamaq üçün onlayn qeydiyyatdan keçmə prosesinə diqqətli və həssas yanaşmağınızı xahiş edirik. Portalda qeydiyyatdan keçməkdə çətinlik çəkən abituriyentlər tələb olunan sənədləri gətirməklə ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər. Komissiya qeydiyyat başladığı tarixdən filialın əsas tədris korpusu, birinci mərtəbə, 12 nömrəli otaqda fəaliyyət göstərəcəkdir.

Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə portal.edu.az-da yerləşdirilməlidirlər.Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq.
Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz ali təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyası ilə (e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ) əlaqə saxlamalıdırlar.

Təhsil haqqı ödənilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bank rekvizitləri:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı

Ünvan: Şəki ş. M.Ə.Rəsulzadə pr. 305

Bank rekvizitləri:

Kapital Bank ASC-nin Şəki filialı

Hesab: AZ78AIIB33070019447007212170

VÖEN: 3000192381

KOD: 200703

Müxbir hesab: AZ37NABZ01350100000000001944

VÖEN: 9900003611

SWIFT KOD: AIIBAZ2X

 

Ə L A V Ə 2 

2021-2022-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA QƏBUL OLMUŞ TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:

I. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azər¬bay¬can Respublikası Prezidentinin 4 avqust 2003-cü il 1308 nömrəli Sərənamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə ;
2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti ( 3 ədəd) ;
3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) nota¬ri¬al qaydada təsdiq olunmuş surəti.( 2021 peçatı olmalıdır)
4. Ailə tərkibi haqqında arayış (tələbənin adına )


II.”ŞƏHİD” AILƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹ 697.
•“Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
•arvadı (əri);
• valideynləri;
• 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
• qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
• babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
• əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsi və onun surəti (6 ədəd );
3. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti ;
4. Tələbənin doğum haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
5. Şəhidin ölüm haqqında şəhədətnaməsi şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

 

III. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏ-QİL¬LݬYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OL¬MUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti ( 3 ədəd) ;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu¬si-ya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədinin notarial qaydada təsdiq olunmuş surəti;
4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun-da həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olun¬muş surəti;
5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi-lən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.
6. Ailə tərkibi haqqında arayış.

 

IV. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
•valideynlərini itirmiş uşaqlar- hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
•valideyn himayəsindən məhrum olmuş uşaqlar- hər iki valideyni:
məlum olmayan;
•valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
•xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
•cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
•uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
•uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
•qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
•Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
•valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər- valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti (3 ədəd );
3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;
4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayışının (TSEK) notarial qaydada təsdiq olunmuş surəti;
(TSEK).
5. Ailə tərkibi haqqında arayış.

V. I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL-MƏ¬Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİ SƏRƏNCAMI.
(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezdentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxs¬lə¬rin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh-sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa¬bı-na ödənilsin.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti (3 ədəd) ;
3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışının (TSEK) notarial qaydada təsdiq olunmuş surəti;
4. Ailə tərkibi haqqında arayış.

 

ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyası

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 305

Tel. 044-277-06-53 və  ya  (+994 24) 2460665  

e-mail:  qeydiyyat_adpusheki@mail.ru

https://disk.yandex.com/i/9f0QrXqQ25BA4A





001002003
fondeduadpubir

VKkj