Noyabrın 25-də ADPU-nun Şəki filialında “Xarici ölkələrin məktəbəqədər hazırlıq müəssisələrinin qabaqcıl təcrübəsi” adlı elmi-praktik konfrans keçirilib. Filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, baş müəllim S.T.Feyzullayevanın təşkilatçılığı ilə keçirilən konfransda Pedaqoji fakültənin dekanı, dekan müavini, kafedra müdirləri, professor-müəllim heyəti, tyutorlar və tələbələr iştirak ediblər. Konfransda filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, prof. F.N.İbrahimov və baş müəllim S.T.Feyzullayeva məruzə edərək qoyulmuş mövzunun aktuallığını konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Məruzəçilər Azərbaycanın məktəbəqədər təhsillə bağlı qüvvədə olan qanunvericilik aktlarına istinad edərək, qabaqcıl təcrübənin, əməkdaşlığın, uşaqların milli və dünyəvilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi vurğulayıblar.
Konfransda filialın “Məktəbəqədər təhsil” ixtisasının lV tədris ili tələbələri Fidan Bəkirova “Bolqarıstanın məktəbəqədər təhsil müəssisələri”, Lamiə Orucova “Fransanın məktəbəqədər təhsil sistemi”, Aytac Qaffarova “Finlandiyanın məktəbəqədər təhsil sisstemi”, Aytən Yunusova “Amerika Birləşmiş Ştatlarının təhsil sistemi”, Şəbnəm Zakirova “Norveçin məktəbəqədər təhsil sistemi”, Zinyət Elməddinzadə “İngiltərənin məktəbəqədər təhsil sistemi” mövzularında maraqlı təqdimatlar ediblər.
Sonra təqdim olunan, tələbələrin əl işlərindən ibarət videorolik iştirakçıların marağına səbəb olub.
Tədbirdə Pedaqoji fakültənin dekanı fil.ü.f.d., b.m.Xalidə Abdullayeva, dekan müavini, b.m.Mehriban Kərimova çıxış edərək, qabaqcıl təcrübədən faydalanmağın əhəmiyyətindən danışıb və tələbələrə maraqlı təqdimatlar üçün təşəkkür ediblər.
Sonda xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj