Gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə aprelin 22-də Şəki şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, icra başçısının müavinləri, ziyalılar, gənclər, o cümlədən ADPU-nun Şəki filialının rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova çıxış edib. Natiq çıxışında müstəqillik əldə etdikdən sonra Azərbaycanın sürətli inkişafı istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən işlərdən, dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən və müzəffər Azərbaycan ordusunun qəhrəmanlığından bəhs edib. Diqqətə çatdırılıb ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid və qazi olmuş qəhrəmanlarımız yetişən gənclik üçün böyük vətənpətvərlik məktəbidir. Qeyd olunub ki, bü gün qalib bir xalqın nümayəndələri kimi biz qədim və çoxəsrlik tariximizin ən şərəfli mərhələsini yaşayırıq. Bu şərəf bizi gələcəyə daha inamla addımlamağa ruhlandırır.
Sonra Azərbaycan ordusunun qəhrəmanlığından bəhs edən “Kod adı Yaşma” adlı sənədli film nümayiş olunub.
Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun yekun nitqi ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj