Oktyabrın 14-də ADPU-nun Şəki filialında Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi ilə tələbələrin görüşü keçirilib. Maarifləndirmə xarakteri daşıyan görüşdə fondun idarə heyətinin sədr müavimi Bəhruz Əzimov, filialın direktoru dosent Rafiq Rasulov, müəllim və tələbələr, həmçinin Şəki Regional Kollecin direktoru S.Şərifov, müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, gənclərin təhsil almaları üçün dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. Natiq qeyd edib ki, son illər ölkəmizdə həyata keçirilən bir sıra layihələr insan kapitalının formalaşmasına yönəlməklə yanaşı, gənclərin hərtərəfli inkişafı, uğurlu təhsili və təhsildə rəqabət mühitinin formalaşmasını hədəfləyir. Son illərdə Təhsil Tələbə Krediti Fondunun yaradılması gənclərin təhsili prosesində yaranan sosial problemlərin aradan qaldırılmasına münbit şərait yaradır. Natiq filialda təhsil alan 100-dən çox gəncin ötən il ərzində bu fonda müraciət edərək təhsil xərclərinin ödənilməsi ilə bağlı aldıği dəstək haqqında məlumat verib və buna görə fonda öz razılığını bildirib. Sonra söz Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimova verilib. Bəhruz Əzimov fondun yaradılmasının məqsədi haqqında məlumat verib və tələbələrə yaradılan bu imkandan istifadə qaydalarını əhatəli şəkildə izah edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 





001002003
fondeduadpubir

VKkj