Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə filialın müəllim və tələbələri, tütorlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, bu günün Azərbaycanın şanlı tarixində yeri və əhəmiyyəti haqqında danışıb. Natiq bildirib ki, ötən il müstəqilliyimizin bərpasının 30 illiyini böyük qürurla, ərazi bütövlüyü təmin olunan və Vətən müharibəsində qalib gələn xalqın nümayəndələri olaraq qeyd etmişik. Sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş həmvətənlərimizin xatirəsi sükutla yad edilib. Tədbir Tələbə Gənclər Təşkilatının fəallarının çıxışları ilə davam edib. Tələbələrdən Hülya Qədirli, Diləfruz Əhmədzadə, Xədicə Şərifli, Kamran Hümbətov, Nüranə Əlizadə, Sevinc Əliyeva, Alvina Qarayevanın çıxışları maraqla dinlənilib.
Müstəqilliyin Bərpası Günü münasibətilə tələbələr arasında keçirilmiş bədii qiraət müsabiqəsinə də tədbirdə yekun vurulub, müsabiqənin qalibləri elan olunub və onların ifasında şeirlər səsləndirilib.
Tədbir dos. Gülarə Abdullayevanın yekun sözü ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj