Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin vəfatının 19 ili tamam olur. Zəmanəmizin görkəmli siyasi xadimi, xalqın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də dərin hörmət və ehtiramla anılıb.
Bu gün səhər saatlarında Ulu Öndər Heydər Əliyevin vəfatının on doqquzuncu ildönümü ilə əlaqədar şəhər rəhbərliyi, hüquq mühafizə orqanları, müharibə veteranları, ictimaiyyət nümayəndələri Ulu Öndərin Şəkidə - Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Anım tədbirində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının rəhbərliyi və professor-müəllim heyətinin bir hissəsi də iştirak edib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, həm Azərbaycan tarixində, həm də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, ən böyük vətəndaş kimi qalmışdır. Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə birlikdə yaşayır.
Vurğulanıb ki, ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarıb və sürətli inkişaf yoluna qədəm qoyub.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, demokratikləşən, eyni zamanda, 44 günlük Vətən Müharibəsində tarixi Qələbə qazanaraq otuz ilə yaxın davam edən işğala son qoyan güclü bir dövlətdir.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Anım tədbiri Ulu Öndərə həsr olunan musiqili-bədii proqramla başa çatıb.





001002003
fondeduadpubir

VKkj