ADPU-nun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə həyata keçirilən “İkinci həyat” layihəsinin davamı olaraq, dekabrın 16-da “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının bir qrup tələbəsi “Körpələrə sevinc bəxş edək!” devizi altında Şəki şəhərindəki Qarışıq tipli uşaq evində olublar. Uşaq evinin rəhbərliyi və işçi heyətinin iştirakı ilə uşaq evində olan körpələrlə görüş zamanı baş müəllim Səadət Feyzullayeva görüşün məqsədi haqqında məlumat verib və “İkinci həyat” layihəsinin mahiyyətindən bəhs edib. Uşaq evinin direktoru İlhamə Məmmədova uşaq evindəki əl işləri otağı və uşaqlar üçün hazırladıqları yeni kompazisiyalarla tələbələri tanış edib. Sonra filialın tələbələri uşaqların qarşısında maraqlı proqramla çıxış ediblər. Əvvəlcə, tələbələrin hazırladıqları kukla teatrı uşaqlara nümayiş etdirilib. Teatr uşaqların böyük marağına səbəb olub. Sonra uşaqlar həvəslə tələbələrin təşkil etdikləri didaktik oyunlara, xüsusilə də əyləncəli “Atrapod” oyununa qatılıblar.
Görüşün sonunda tələbələrin hazırladıqları kukla teatrının personajları olan və digər oyuncaqlar körpələrə hədiyyə edilib və xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj