Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. ADPU-nun Şəki filialının Elmi Şurasının 30 may 2023-cü il taixli iclasında imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. Elmi Şurada fənnin məzmunu nəzərə alınaraq, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisaslarında “Dinləmə və tələffüz” fənnindən imtahanın şifahi, digər imtahanların isə bir qayda olaraq yazılı şəkildə keçirilməsinə dair qərar qəbul edilib. İmtahanlar səhər saat 9:00-da başlamaqla 3 akademik saat davam edir. Filialda İmtahan qərargahı, imtahanların təşkili və keçirilməsini həyata keçirən İmtahan komissiyası, qiymətləndirmədən narazı olan tələbələrin imtahan cavabına yenidən baxılmasını təmin etmək üçün Apellyasiya komissiyası fəaliyyət göstərir. Filialda tələbələrin imtahanların gedişi ilə bağlı rəy və təkliflərini bildirmələri üçün sorğu qutusu yerləşdirilib. Filialın direktoru r.e.d., dos. Rafiq Rasulov imtahanların gedişini izləyib və tələbələrin imtahanların gedişi ilə bağlı fikirlərini öyrənib. Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini bildirərək, yaradılan şəraitə görə təşəkkür ediblər.





001002003
fondeduadpubir

VKkj